Bir gündə Ermənistan ordusunun iki uçuş aparatı məhv edildi

Dekabrın 12-si axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

 

Qeyd edək ki, dekabrın 12-də Füzuli rayonu istiqamətində də Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR