Bölgələrdə 6 cəzaçəkmə müəssisəsi tikilir

“Cəzaçəkmə müəssisələrində ölüm halları həmişə olub”. APA TV-nin xəbərinə görə, bu fikirləri Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov səsləndirib.

 

O, cəzaçəkmə müəssisələrində ölüm hallarının azadlıqda baş verən analoji vəziyyətlə müqayisədə daha az olduğunu qeyd edib: "Cəzaçəkmə müəssisələrində ölüm halları həmişə olub. Əgər biz azadlıqda olanların ölüm vəziyyəti ilə cəzaçəkmə müəssisələrində onların ölüm vəziyyətini müqayisə etmiş olarıqsa, mənə elə gəlir ki, cəzaçəkmə müəssisələrində daha azdır, nəinki azadlıqda".

 

Xidmət rəisinin müavini həmçinin hazırda respublikanın müxtəlif bölgələrində 6 qarışıq tipli cəzaçəkmə müəssisəsinin inşa edildiyini söyləyib: "Hazırda bölgələrdə altı qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir. Yəni orada həm istintaq təcridxanaları olacaq, həm də cəzaçəkmə müəssisələri. Bu da onunla bağlıdır ki, vətəndaşlar öz qohumlarının yanına gedəndə əziyyət, xərc çəkməsinlər. Ona görə də Kürdəmir, Lənkəran, Gəncədə, Umbakıda və s. yerlərdə cəzaçəkmə müəssisələri tikiləcək".

 

Cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti ilə bağlı sualı cavablandıran xidmət rəsmisi məhkumlar üçün bütün lazımi imkanların nəzərə alındığını deyib: "Gündən-günə də onların saxlanma şəraiti yüksək  səviyyəyə yönəlir. Yəni onların televizora baxmaq və telefonla danışmaq imkanları yüksək səviyyədədir".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR