“MTN işi”ndə adı keçən qadın həbsxanada öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

 

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

 

Qeyd edək ki, C.Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O,  2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

 

Məlumata görə, C.Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub. O, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C.Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR