Tovuzda iki maşın toqquşdu

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“KİA” və “VAZ-2101” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü, Qovlar şəhər sakini, 1977-ci il təvəllüdlü Ədalət Hüseynov müxtəlif bədən xəsarəti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün o, Gəncədəki xəstəxanaların birinə aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR