Dollar dəyişmədi, avro ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8369 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1936 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində artım baş verib.
Rusiya rublu bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə dəyər itirib. Hazırda 1000 rus rublu 28 manat, 100 lirə 49 manat 67 qəpik, 100 gürcü larisi isə 67 manat 23 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı