İŞİD Palmiranı yenidən ələ keçirdi

İŞİD terror təşkilatı Suriyada yenidən qədim Palmira şəhərinə nəzarəti ələ keçirib.

APA TV-nin məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalın məlumat yayıb.

Palmiranın yerləşdiyi Suriyanın Homs vilayətinin qubernatoru hazırda şəhərin geri qaytarılması üçün hökumət qüvvələrinin ciddi əməliyyatlara hazırlaşdığını qeyd edib, döyüşlər gedir.

Palmranın yaxın müddətdə geri alınacağı qeyd olunur.

Rəqqa və Deyr əz-zordan Palmiraya 5 min İŞİD terrorçusu gəlib. Onlara İraqda vuruşan İŞİD-çilər də qoşulub.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR