İstanbulda terror: 39 nəfər öldü, 30-u polisdir
İstanbulda terror aktı törədilib. APA TV-nin məlumatına görə, Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb.
Ölənlərdən 30-u polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Hadisə nəticəsində 155 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağır kimi qiymətləndirilir. Terror aktı ilə əlaqədar 13 şübhəli saxlanılıb.
Qeyd edək ki, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
OXŞAR XƏBƏRLƏR
13:58
1937
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2059
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2037
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1144
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1238
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1176