Tramp Səudiyyə ilə əlaqəli olan 4 şirkətini bağladı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əlaqəli 4 şirkətini bağlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, səbəblər açıqlanmasa da Trampın bu addımı onun Ağ Evə köçdükdən sonra biznesində yarana biləcək potensial konfliktlərdən qurtulması məqsədilə ilə atdığı ehtimal olunur.
Trump Organization kampaniyasının rəhbəri Alan Qarten bildirib ki, bağlanan kampaniyalar arasında onun idarəetməsində olan şirkətin adı yoxdur və onların Səudiyyə Ərəbistanı ilə əlaqələri mövcud deyil. O əlavə edib ki, burda qəribə heç nə yoxdur, Donald Tramp seçkilərdə qalib gəldikdən sonra 9 şirkətini bağlayıb.
Qeyd edək ki, Donald Trampın dekabrın 15-də keçirəcəyi mətbuat konfransında ümumiyyətlə biznesdən gedəcəyini açıqlayacağı gözlənilir. O, bu yaxınlarda bildirib ki, daha çox dövlət işləri ilə məşğul olacaq və hazırda komanda formalaşdırmaqla məşğuldur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı