Lənkəranda FHN əməkdaşları çarəsiz qadını belə xilas etdi - XİLASETMƏ ANI

Lənkəranda mənzildə bağlı qapı arxasında qalmış 61 yaşlı qadın xilas edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi, bina 28/4, mənzil 23-də qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə daxil olmuş məlumat əsasında Xüsusi Xilasetmə Hissəsinin xilasetmə heyəti həmin ünvanda köməksiz vəziyyətdə qalmış 61 yaşlı  Fəridə Dadaş qızı Kazımovanın xilasetmə əməliyyatına cəlb olunub.
 

Hadisə yerinə həmçinin  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası çağırılıb.

Xilasedicilər beşmərtəbəli binanın beşinci mərtəbəsindən dörüdüncü mərtəbənin eyvan hissəsinə daxil olaraq, bağlı qapı arxasında qalmış qadını mənzildən çıxarıblar. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR