ABŞ-dan növbəti səhv: İraq ordusu bombalandı, 100 yaxın hərbçi öldü

İraqın Mosul şəhəri ətrafında 90 İraq əsgəri ölüb, 100-dən çoxu yaralanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ aviasiyası yanlışlıqla İraq ordusunun mövqelərini bombalayıb.


Bundan sonra İraq ordusu Mosul yaxınlığında ələ keçirdiyi mövqelərdən geiri çəkilməyə məcbur olub.


Canlı qüvvədən əlavə, İraq ordusunun bir neçə hərbi texnikası da sıradan çıxıb.

Xatırladaq ki, İŞİD-in nəzarətində olan Mosula hücum beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın dəstəyi ilə İraq ordusu və kürd silahlı qruplaşmaları ilə birgə oktyabrın 17-dən başlayıb.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR