Türkiyə açıqladı: Əl-Babda 39 İŞİD hədəfi məhv edilib, 32 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri Əl-Bab şəhərində keçirilən əməliyyatın nəticələrini açıqlayıb. APA TV-nin məlumatına görə, "Fərat qalxanı" çərçivəsində türk aviasiyası Əl Bab və Zarzur məntəqələrində İŞİD-ə məxsus 39 hədəfi məhv ediblər. Pilotsuz uçuş aparatı isə Zarzurda 4 İŞİD terrorçusunu məhv edib.

Ümumilikdə əməliyyat çərçivəsində Azez-Cerablus arasında yerləşən 222 məskunlaşmış yaşayış məntəqəsi və 1840 kvadrat kilometr ərazi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçib.  Dekabrın 7-də İŞİD tərəfindən Əl-Kufayrın şimalında türk hərbi birləşmələrinə edilən hücum nəticəsində bir əsgər şəhid olduqdan sonra həmin əraziyə 9 dəfə havadan zərbələr endirilib. Əl-Kufayrda 9, Əl-Baba endirilən hava zərbələri nəticəsində isə 32 İŞİD terrorçusu öldürülüb. Əməliyyat zamanı İŞİD-ə məxsus 3 tank, 1 ZTR, iki maşın, 1 bomba yüklənmiş maşın, 3 qərargah binası 2 nəzarət məntəqəsi və 3 sığınacaq məhv edilib. 

Hazırda İŞİD-in bölgədən təmizlənməsinə dair hərəkat şərq-qərb və şimal-cənub istiqamətlərində davam etdirilir. Türkiyə ordusu PKK/PYD terrorçularının Afrindən şərqə, Münbiçdən isə qərbə doğru hərəkətinin qarşısını almaq üçün müvafiq önləyici tədbirlər görüb. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR