Donald Tramp ABŞ prezidenti olmaya bilər - İDDİA

"Donald Tramp ABŞ prezidenti olmaya bilər". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Seçicilər Kollegiyasının dekabrın 19-da keçiriləcək iclası zamanı D. Trampın 538 kollegiya üzvündən yetərli olan 270 səsi toplaya bilməyəcəyi iddia edilir.

 

Noyabrın 8-də keçirilən seçkilərdə tələb olunan limiti keçdiyi üçün Ağ Ev rəhbəri postuna seçilmiş hesab oluna milyarderin bu vəzifəyə rəsmən təsdiqlənməsi üçün sözü gedən kollegiyanın da etimadını qazanması tələb olunur.

 

Daha sonra kollegiyanın nəticələri yanvarda yeni tərkibdə fəaliyyətə başlayacaq Nümayəndələr Palatası tərəfindən hesablanır və növbəti 4 ildə ABŞ-a rəhbərlik edəcək şəxsin adı açıqlanır. Bütün bunlar formal xarakter daşıyır. Belə ki, namizədi seçkinin qalibi olan partiya sonuna kimi dəstəklədiyi üçün, Seçicilər Kollegiyasındakı səsvermə bir o qədər də önəmli sayılmır.

 

Qeyd edək ki, indi ABŞ əhalisi ölkə tarixində ilk dəfə olaraq bu kollegiyanın açıqlayacağı yekun nəticələri gözləyir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR