İtaliyadan Türkiyəyə xəbərdarlıq: Ankarada terror olacaq

İtaliya Türkiyəyə xəbərdarlıq edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, adı çəkilən ölkənin xüsusi xidmət orqanları Ankarada terror aktı törədilə biləcəyi barədə türk həmkarlarını diqqətli olmağa çağırıblar.Terror aktının İŞİD tərəfindən törədiləcəyi bildirilir.

İtaliya bu barədə Ankaradakı səfirliyi vasitəsilə ilə Türkiyədəki vətəndaşlarına da müraciət edib.
Xəbərdarlığın mətnində bildirilir ki, İŞİD Kızılay meydanında, Tunalı Hilmi prospektində və Türkiyə paytaxtının böyük ticarət mərkəzlərindən birinin yaxınlığında partlayışlar törətməyi planlaşdırıb.
Terrorçuların "Renault Fluence", "Ford Mondeo", "Hyundai Accent Blue" və ya "Fiat Egae" markalı avtomobillərdən istifadə edəcəyi qeyd olunur.
Terror aktının şənbə günü - yəni bu gün və ya sabah eyni vaxtlarda səhər və günorta saatlarında törədilə biləcəyi vurğulanır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR