Fəttah Heydərov: "Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi"
Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bu gün Fəxri xiyabanı ziyarət edib.
APA TV-nin məlumatına görə, Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun başçılığı ilə Şura üzvləri Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.
Görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri qoyulub.
F. Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi. Onun yaratdığı şah əsər olan Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Heydər Əliyevin yolu, onun ideyaları Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Fəttah Heydərov Azərbaycanın dövlət quruculuğunun əsasının ümummilli lider tərəfindən qoyulduğunu vurğulayıb, ona rəhmət diləyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı