Türkiyənin NATO qalaqurması: Qərbmeylli əməkdaşlar dəyişdirlir
Türkiyə NATO-da müxtəlif vəzifələrdə çalışan qərbmeylli hərbi qulluqçu və diplomatları geri çağırır. APA TV-nin məlumatına görə, bu barədə "Times" nəşri xəbər yayıb.
Yazıda işindən uzaqlaşdırılan şəxslərin əvəzinə rəsmi Ankaranın daha çox Rusiya, İran və Çin yönümlü şəxsləri təyin etdiyi iddia olunur. Nəşr əlində bu informasiyanı təsdiqləyəcək məktubların da olduğunu iddia edir. Bildirilir ki, işini itirən hərbçilər haqqında bəhs olunan məktubları NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı Kertis Skaparotti ünvanlayaraq, alyansdakı türk hərbi qulluqçular arasında qərb əleyhinə yönələn ultramillətçi əhval-ruhiyyənin artdığını qeyd edib. Bu məktublarda sözü gedən şəxslərin Şimali Atlantika Alyansının dəyərləri sual altında qoyaraq, Rusiya, Çin və İranı dəstəklədikləri bildirilir.
Qeyd edək ki, 15 iyul çevriliş cəhdindən sonra Türkiyənin İngiltərədəki səfirliyinin iki əməkdaşı da geri çağırılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı