"Neft kralı" ABŞ-ın dövlət katibi ola bilər
ABŞ Dövlət Departamentinin rəhbəri postuna əsas namizədin adı açıqlanıb. APA TV-nin "Wall Street Journal"a istinadən məlumatına görə, bu, dünyanın ən iri özəl neft şirkətlərindən biri olan Exxon Mobil-in rəhbəri Reks Tillersondur.
64 yaşlı "neft kralı"nın böyük idarəetmə təcrübəsinin Donald Tramp administrasiyası üçün faydalı olacağı bildirilir. Artıq Trampla Tillerson arasında görüşün baş tutduğu da açıqlanıb.
Reks Tillersonun bu postu tutması Rusiya ilə münasibətlərdə tez bir zamanda öz effektini verəcək. Exxon Mobil Rusiya ilə aktiv əməkdaşlıq edir. Tillerson isə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaları dəstəkləmir.
Şirkət rəhbərinin adı ilə paralel olaraq bu posta Tramp ABŞ prezidentliyi uğrunda mübarizə aparmış Mitta Romninin, həmçinin NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin eks-komandanı Ceyms Stavridisin, Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerin və MKİ-nin keçmiş şefi Devid Petrusun da namizədliyini gözdən keçirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı