OPEK-in Vyana görüşü başlayır, neft həftəni yüksək qiymətlə başa vurdu
Dünya bazarında neft həftəni yüksək qiymətlərlə başa vurub. Birjaların son seanslarında "Brent" markalı neftin bir bareli 54,36 dollardan satılıb. Bu, ötən həftənin şənbə günündə qeydə alınan göstəricidən 34 sent bahadır. Qərbi Texas nefti də dəyərini qoruya bilib. WTİ neftinin bir bareli son hərraclarda 51,36 dollara təklif olunub ki, bu da bir həftə əvvəlki qiymətə bərabərdir.
Neftin qiymətinin "yerində sayması" OPEK-dən olan gözləntilərlə bağlıdır. Bu gün Vyanada OPEK üzvləri ilə kartelə üzv olmayan neft ölkələri arasında danışıqlar başlayır. Görüşdə hasilatın azaldılmasına dair razılaşmanın müddəaları müzakirə olunacaq. Səudiyyə Ərəbistanı görüşdən əvvəl iştirakçı dövlətləri yanvar ayı üçün neft satışının həcmini azaltdığına dair göstəricilərlə tanış edib və OPEK daxilində əldə olunan razılaşmalara riayət olunduğunu bildirib. Bu amil neftin həftəni yüksək qiymətlərlə bitirməsinə təsir göstərib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı