"Bordo-bərəlilər" Əl-Baba girdi, şəhərdə küçə döyüşləri gedir

Türkiyə xüsusi təyinatlı birləşmələri və Azad Suriya Ordusu gecə saatlarında Əl-Bab şəhərinə daxil olmağı bacarıblar. APA TV-nin Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, şəhərdə küçə döyüşləri gedir. Əl-Baba şimal və şərq istiqamətindən tankların müşayiəti ilə daxil olan bordo-bərəlilər və Azad Suriya Ordusu İŞİD-in ciddi müqaviməti ilə üzləşib. Artıq mərkəzi şəhər xəstəxanası və bəzi strateji obyektlər İŞİD-dən alınıb. Döyüşlər zamanı İŞİD terrorçularından birinin intihar hücumu gerçəkləşdirdiyi bildirilir, partlayış nəticəsində yaralananlar var. Əl-Babın gün ərzində bütünlüklə Türkiyə ordusu və Azad Suriya Ordusunun nəzarətinə keçəcəyi gözlənilir.  

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR