Əl Bab əməliyyatında qələbəyə az qalıb: növbədə Menbiçdir

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu “Fərat qalxanı” hərəkatındakı son vəziyyətlə bağlı məlumat verib. APA TV-nin məlumatına görə parlamentdə büdcənin müzakirəsi zamanı çıxış edən nazir bildirib ki, Suriyanın Əl Bab bölgəsindəki əməliyyatın qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulur. O, deyib ki, Azad Suriya ordusu Türkiyənin dəstəyi ilə Əl Baba yaxınlaşıb. Nazir qeyd edib ki, Əl Bab əməliyyatı uğurla başa çatdıqdan sonra Türkiyə diqqəti Menbiç bölgəsinə yönəldəcək.

 

Ötən axşam Əl Babdan Türkiyənin iki yaralı hərbçisi ölkəsinə gətirilib. Onlar Kilis dövlət xəstəxanasına yerləşdiriliblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR