Goranboyda ağır yol qəzası: icra başçısının köməkçisi və daha iki nəfər öldü

Goranboyda ağır yol qəzası baş verib. Hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb. “Niva” və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü Əliyev Fuad Əli oğlu ölüb. Ağır xəsarət alan iki nəfər - rayonun Dəliməmmədli qəsəbə sakini, 30 yaşlı Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini, 25 yaşlı Kazımov Rəşad Müslüm oğlu isə xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.

 

Qeyd edək ki, “Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR