Ağcabədidə yol qəzası: 4 yaralı

Ağcabədidə ağır yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Poladlı kəndi ərazisində qeydə alınıb.

 

VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində  46 yaşlı Laçın Kərimov, 45 yaşlı Sarib Abdullayev,  onun qardaşı 30 yaşlı Səbuhi Abdullayev və 47 yaşlı Qaraxan Bayramov müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və onlardan 2-si ailəsinin istəyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR