Şəmkirdə maşın betona çırpıldı: 1 ölü
Şəmkirdə avtomobilin divara çırpılması nəticəsində sürücü ölüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, ötən gecə rayonun Posanlı kənd sakini, 1969-cu il təvəllüdlü Eynar İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan beton maneəyə çırpılıb.
Qəza zamanı xəsarət alan sürücü əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1979
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2100
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2075
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1150
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1247
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1182