Sənayedə müasir texnologiyaların tətbiqi mövzusunda konfransı keçirildi
Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində “Sənayedə müasir texnologiyaların tətbiqi və texniki təhlükəsizlik” mövzusunda ümumrespublika elmi-metodiki konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, dövlət himninin səsləndirilməsindən sonra konfrans öz işinə başlayıb.
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev konfransı giriş sözü ilə açaraq, respublikamızda təbii və texnogen xarakterli fəlakətlər zamanı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Ulu öndər Heydər Əliyevin hər zaman əhalinin təhlükəsizliyinə xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir müavini bildirib ki, bu siyasət ümummilli liderin layiqli davamçısı, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilir. Təsadüfi deyil ki, dövlət başçısı ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16 dekabr 2005-ci il tarixində müvafiq sərəncam imzalayıb və bununla da müdrik uzaqgörənliklə fövqəladə hallarla mübarizə sahəsində əvvəllər pərakəndə fəaliyyət göstərən qurumların vahid idarəçilik altında mobil və sistemli fəaliyyəti təmin edilib. Nazirliyin digər qurumları kimi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinin önəmini vurğulayan nazir müavini bugünkü elmi-metodiki konfransda dinlənilən məruzələr və müzakirə olunan problemlərin sənaye təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəyinə əmin olduğunu bildirmiş, konfransın işinə uğurlar arzulayıb.
Sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Konfransda çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, SOCAR “Qaz-İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev, FHN-in Akademiyasının rəis müavini Cabir Həsənov, “Azərneftkimyamaş” ASC-nin sədr müavini Akif Talıbov və digər məruzəçilər sənayedə müasir texnologiyaların tətbiqinin vacibliyindən və səmərəliliyindən, texniki təhlükəsizlik sahəsində qazanılan uğurlardan söz açaraq bu istiqamətdə ardıcıl işlər görüldüyünü vurğulayıblar.
Konfransda Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin istifadəsində olan və kimyəvi, elektrik və metal müayinələrin aparılması üçün istifadə olunan müasir avadanlıqlar, həmçinin maarifləndirmə sahəsində istifadə olunan çap vəsaitləri nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı