Bakıda külək ticarət mərkəzinin damını uçurdu

Güclü külək Bakıda ticarət mərkəzinin damını uçurub.

 

APA TV-nin məlumatına görə, hadisə Babək prospektində yerləşən “Tutto Bello” ticarət mərkəzində qeydə alınıb.

 

Yolda nəqliyyatın hərəkəti məhdudlaşıb, tıxac yaranıb.

 

Xəsarət alan yoxdur. Üç avtomobilə ziyan dəyib. Daha çox  yol kənarında dayanan   "Mercedes" markalı minik maşını zərər çəkib.  Ətrafda işləyənlərin sözlərinə görə,  ötən il də bu ticarət mərkəzinin damının bir hissəsi güclü külək nəticəsində yerindən qopmuşdu.    

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR