Nazir Ramin Quluzadə Neftçalada qəbul keçirib
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Neftçalada vətəndaşlarla görüşüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumata görə, qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların müraciətləri əsasən telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həll edilib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Regiona səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər