Türk ordusu Suriyada strateji yolu nəzarətə aldı

"Fərat qalxanı" hərəkatı çərçivəsində Əl Bab-Menbiç magistralında geniş nəzarət əldə olunub.

 

APA TV-nin məlumatına görə, əməliyyatın 108-ci günündə baş verən hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.

 

"İŞİD terrorçuları ilə aparılan döyüşlər nəticəsində Zarzur yaşayış yeri və Əl Bab-Menbiç yolunda böyük ölçüdə nəzarət əldə edilib. Türk qırıcıları İŞİD mövqelərinə zərbə endirib. Terrorçulara aid 10 hədəf məhv edilib" - deyə açıqlamada bildirilir.

 

Açıqlamada Azad Suriya Ordusunun hücumlarının təsirini azaltmaq üçün İŞİD-in öz terrorçularını xəstəxana, ictimai bina və onlara bitişik yerlərdə gizlətdiyi qeyd olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR