Rusların S-300 sınağında uğursuzluq: raketlər geri düşdü - HADİSƏ ANI

Rusiyaya məxsus poliqonda S-300 raketinin atışları uğursuzluqla nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Xəzər sahilində yerləşən Aşuluk poliqonunda qeydə alınıb.

 

Rusiyalı hərbçilər S-300 raket kompleksinin sınağını keçirib. Həmin an bir hərbçi hadisəni videoya qeyd edib.

 

Havaya buraxılan raket bir neçə saniyə sonra atıldığı yerə - geriyə dönür və yanğın başlayır. Sınağı görüntüləyən hərbçi hadisədən şoka düşərək raketin düşmə anını çəkə bilmir.

 

Qeyd edək ki, Moskva Suriyaya S-300 raketləri ilə yüklənmiş gəmi göndərib və kompleksləri adı çəkilən ölkənin ərazisində yerləşdirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR