Cənubi Koreya prezidenti istefaya göndərildi
Cənubi Koreya parlamenti ölkə prezidenti Pak Kın Henin istefaya göndərilməsinə
qərar verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, impiçment qərarının lehinə 234 deputat səs verib, 56 parlamentar isə bu qərara qarşı çıxıb.
Qeyd edək ki, prezidentin impiçment məsələsi noyabr ayında ona qarşı korrupsiya ittihamının gündəmə gəlməsindən sonra müzakirəyə çıxarılıb. Bundan öncə Cənubi Koreya prokurorluğu prezidentin rəfiqəsi Çoy Sun Silin həbsinə order verib. O, prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. O zaman Pak Kın He ölkə Çoy Sun Sillə münasibətlərini etiraf edib və vətəndaşlarından üzr istəyərək, istefaya getməyə hazır olduğunu bildirib.
Çoy Sun Sil Cənubi Koreyadakı şaman kultuna başçılıq edən və 1994-cü ildə dünyasını dəyişən Çoy Txe Minin qızıdır. O, heç bir dövlət vəzifəsi tutmasa da, prezidentin çıxışlarını idarə edib, eləcə də ölkənin birinci şəxsi ilə münasibətləri sayəsində iri korporasiyalardan pul toplayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər