İŞİD-dən Türkiyəyə dəhşətli hədələr: Əsgərləriniz də əlimizdədir...
İŞİD terror təşkilatı yandıraraq öldürməyin günah olmadığı barədə fətva verib. APA TV-nin məlumatına görə, terrorçular bu barədə türk dili də daxil, 9 dildə çap olunan "Rumiyah" adlı jurnalda xəbər verib.
Jurnalda Allahın hökmləri ilə idarə olunmayan dövlətlərin hərbçiləri təhdid olunur. "Ey kafir hökumətlərin hərbçiləri! Vallahi sizlər bizim qardaşlarımızı yandırdığınız kimi bizlər də sizləri yandıracağıq".
İŞİD onları tənqid edən yazar və ictimai şəxsləri də təhdid edib. "Sizdə zərrə qədər vicdan varsa dilinizi İslam Dövlətinə uzatmadan öncə kafirlərin və zalımların bizə etdiklərinə uzadarsınız".
Bundan başqa İŞİD-in yeni sözçüsü Əbu Həsən Əl-Mühacir Türkiyənin qurumlarına hücum etmək barədə çağırış edib:
"Bizlər, hər sadiq üzvümüz mürtəd, dünyəvi Türkiyə hökumətinin hər yerdəki orqanlarını, polis təşkilatlarını, hərbi birliklərini, iqtisadi mərkəzlərini, media qurumlarını və hətta bütün dünyada Türkiyəni təmsil edən səfirliklərini və konsulluqlarını hədəf almağa çağırırıq".
Qeyd edək ki, təşkilat 2 türk hərbçisinin əllərində əsir olduğunu bildirib.
"Xilafət əsgərləri Əl Bab şəhərinin qərbində yerləşən Əl Dana kəndinin yaxınlığında iki mürtəd türk hərbçisini əsir alıb".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər