Obama imzaladı: ABŞ Suriya müxalifətinə açıq şəkildə dəstək verəcək
Dekabrın 8-də ABŞ prezidenti Barak Obama Suriyada terrorizmlə mübarizəyə qoşulan müttəfiqlərinin silah, döyüş sursatı və hərbi texnika ilə təchizatına tətbiq olunan formal məhdudiyyəti aradan qaldırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə sənəd artıq dövlət katibi və müdafiə nazirinə təqdim edilib.
"Müəyyən edilsin ki, Suriyada terrorçuluqla mübarizə məqsədi ilə beynəlxalq qüvvələr, ayrı-ayrı qrup və şəxslər üçün göndərilən müdafiə məqsədli məhsul və xidmətlər Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət daşıyır" - deyə, sənəddə bildirilir.
Bu sənədlə B. Obama ABŞ-ın sanksiyalar tətbiq etdiyi Suriyanın hərbi sursat və maliyyə vəsaitləri ilə təmin olunmasına qoyulan qadağaları ləğv edir. ABŞ qanunvericiliyinə əsasən, "hərbi sursat" dedikdə, hərbi təyinatlı istənilən məhsul və vasitə nəzərdə tutulur.
Analoji dəstəyin göstərilməsi üçün dövlət katibi və müdafiə naziri müvafiq informasiyanı konqresə təqdim etməli, sonuncu isə bu layihəni təsdiqləməlidir.
Qeyd edək ki, bir qədər öncə ABŞ rəsmiləri Suriya müxalifətinin məhdud həcmdə silah və döyüş sursatı ilə təmin edildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər