Senatorlardan Trampa müraciət: "Rusiyaya qarşı sərt ol!"

Senatorlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktub ünvanlayaraq, onu Ukraynaya məxsus torpaqların işğalı səbəbindən Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.


APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, 27 senator tərəfindən imzalanan məktubda Rusiya tərəfindən artan təhdidlər səbəbindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün adı çəkilən ölkəyə siyasi, iqtisadi və hərbi dəstəyin artırılmalı olduğu qeyd edilib.

Müraciətdə həmçinin Ağ Evin yeni administrasiyası Krımın Rusiyaya ilhaqını tanımamağa, eləcə də Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar rəsmi Moskvaya tətbiq edilən sanksiyaların qüvvədə saxlanılmasına çağırılır.

 

Qeyd edək ki, məktubu imzalayan şəxslər əsasən senatın Beynəlxalq Əlaqələr Komitəsinin üzvləridir. Onların arasında Riçard Derbin, respublikaçı Rob Portmen, ABŞ prezidentliyinə sabiq namizəd Con Makkeyn də var.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR