Dollar qarşıdakı 3 gündə bu qiymətə satılacaq - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 8-i ilə müqayisədə artaraq 1,7430 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8487 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1929 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.


Rusiyanın milli valyutası rubl bahalaşıb. 1000 rus rublu 27 manat 50 qəpiyə çatıb.

 

Türkiyə lirəsi və  Gürcüstan larisi dəyər itirib. Hazırda 100 lirə 50 manat 50 qəpik , 100 gürcü larisi isə 67 manat 56 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR