Bəşər Əsəd: "Türklər həyat yoldaşıma təklif edib ki..."
Suriya prezidenti Bəşər Əsəd Hələbdə müxaliflər üzərində qazanılan qələbəni dəyərləndirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o bunu, vətəndaş müharibəsinin başa çatması yolunda böyük addım adlandırıb.
"Hələbin bizim üçün qazanc olduğu doğrudur. Amma real düşünmək lazımdır. Bu heç də müharibənin bitməsi demək deyil", - deyə Əsəd bildirib.
Suriyanın başqa bölgələrində hələ də terrorçuların varlığının davam etdiyini bildirən dövlət başçısı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bəşər Əsəd həyat yoldaşının Rusiya televiziyasına verdiyi müsahibədə ona edilən "qaçma təklifi"nə də münasibət bildirib: "Müharibə başlar-başlamaz iki ölkə - Türkiyə və Qətər narahatlıqlarını ilk dilə gətirən tərəflər idi. Amma onlar bu təklifi mənə yox, həyat yoldaşıma - Əsmaya çatdırıblar. İndi onlar bunu dana bilərlər, amma həqiqət bizim dediklərimizdir. İllər ötdükcə başqa təkliflər də edilib. Qaçmağa razı olacağı təqdirdə xüsusi qoruma qrupu ilə təmin ediləcəyini və yanında kimi istəsə apara biləcəyini də təklif ediblər".
Bəşər Əsəd Hələbdə müxaliflərin mülki vətəndaşların çıxarılması üçün atəşkəs elan edilməsi təklifini rədd etdiyini də bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər