Goranboyda avtobus "Jiquli" ilə toqquşdu: 1 ölü, 1 yaralı

Bakı-Qazax magistral yolunun Goranboy rayonun Borsunlu kəndindən keçən hissəsində ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Bakıdan hərəkət edən “Daewo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı “VAZ”ın sürücüsü 64 yaşlı Nəsrəddin Məmmədov hadisə yerində ölüb. Sərnişin, 47 yaşlı Goranboy rayon Borsunlu kənd sakini Habil Həsənov isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR