"Play-off"a lider qismində: "Feyenoord" - "Fənərbaxça" 0:1

UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutub. APA TV-nin məlumatına görə, Azərbaycanda da kifayət qədər azarkeşi olan İstanbulun "Fənərbaxça" komandası Hollandiyada "Feyenoord" klubunun qonağı olub.

Türkləri bu oyunda minimal hesablı məğlubiyyət də qane edirdi. Bu halda onlar "Mançester Yunayted"in Ukrayna təmsilçisi "Zarya" üzərində qələbə qazanacağı təqdirdə qrup ikincisi kimi "play-off"a vəsiqə qazanacaqdılar.

Görüş "sarı bülbüllər"in hücumları ilə başlayıb. Bir neçə qol epizodunu boşa xərcləyən istanbullular az qala 15-ci dəqiqədə öz qapılarında qol görəcəkdi. Volkan komandanı xilas edib. Bundan sonra isə "Fənərbaxça"nın hücumları kəskinləşib. 22-ci dəqiqədə Musa Sou müdafiəçilərin səhfindən istifadə edərək, artıq özü üçün adi hala çevirdiyi fəndlə - başı üzərindən tullanışla zərbə vuraraq hesabı açıb.

Görüşün birinci hissəsi bu hesabla başa çatıb.

İkinci hissə də "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib. Oyunun sonlarında yerli klub bir neçə dəfə qol vurmaq üçün irəli atılsa da, bu nəticə verməyib. "Fənərbaxça" "play-off"a qrup lideri qismində adlayıb.  


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR