İŞİD-dən qəfil hücum: Palmira yenidən terrorçuların mühasirəsində
İŞİD qruplaşması yenidən Palmiraya hücum edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, İŞİD silahlıları şəhərə 8 kilometr məsafədə yaxınlaşmağa müvəffəq olub.
Terrorçular Suriya hökumət qüvvələrinin olduğu şəhəri eyni vaxtda iki istiqamətdən - şimal və cənubdan mühasirəyə alıb. Hücumlar nəticəsində ordu qüvvələrinə məxsus nəzarət buraxılış məntəqəsi və bir neçə yaşayış məntəqəsi İŞİD-in əlinə keçib.
Xatırladaq ki, Palmira 2015-ci ilin mayından İŞİD-in nəzatətində olub. Bu müddətdə terrorçular şəhərdəki qədim memarlıq abifələrini məhv edib. Martın 27-də Suriya ordusu rus aviasiyasının dəstəyi ilə şəhəri terrorçulardan azad edib.
OXŞAR XƏBƏRLƏR
17:28
105
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
108
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
106
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
1999
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2120
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2094