6-cı oyunda ilk qolsuz məğlubiyyət: "Maynts" - "Qəbələ" 2:0

UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” mövsümdəki son görüşünü keçirmək üçün Almaniyada meydana çıxıb.

“Qırmızı-qaralar” “Maynts”la qarşılaşıb. Hər iki komandanın növbəti mərhələ şansı olmadığına görə, həm ev sahibləri, həm də qonaqlar üçün formal xarakter daşıyan oyun təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.

Oyunun taleyi ilk hissədə həll olunub. Almanlar 30 və 40-cı dəqiqələrdə vurulan qollarla qalib gəlib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR