Yenə italyan "catenaccio"su: "Qarabağ" - "Fiorentina" 1:2
UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları keçirilib. APA TV-nin məlumatına görə, Ağdamın “Qarabağ” komandası Bakıda İtaliyanın "Fiorentina" klubunu qəbul edib.
Qurban Qurbanovun yetirmələrinin görüşdən qalib ayrılıb "play-off"a yüksəlmək şansları olub.
Oyunu Xorvatiyadan olan hakim briqadası idarə edib. "Qarabağ" oyuna sürətli başlayıb. Bir neçə dəfə italyanların qapısına təhlükəli hücumlar təşkil olunub, lakin bütün cəhdlər nəticəsiz qalıb. İlk 15 dəqiqədən sonra oyunda temp düşüb. Yalnız 32-ci dəqiqədə Dino fərdi ustalığı sayəsində "Fiorentina"nın qapısında ilk real qol vəziyyətini yaradıb. İki italiyalını keçən cənubi afrikalı hücumçunun zərbəsindən sonra top qapı dirəyinə tuş gəlib.
36-cı dəqiqədə isə ağdamlıların bəxti gətirib. Rəqib futbolçunun zərbəsi də qapı dirəyindən dönüb. İlk hissə qolsuz başa çatıb.
İkinci hissə də "Qarabağ"ın fəallığı ilə start götürüb. Bu çox çəkməyib, təcrübəli italyanlara bir az da əlverişsiz hava şəraiti kömək olub. Getdikcə nəzarəti ələ alan qonaqlar 60-cı dəqiqədə hesabı açıb. Veçino fərqlənib 0:1.
İrəli atılan "Qarabağ" 13 dəqiqə sonra cavab qolunu vura bilib. Uzun müddətdir qapılara yol tapa bilməyən Reynaldo nəhayət tilsimi sındırıb - 1:1.
Lakin soyuq havada Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşlərin ümidlərinin üstündən cəmi üç dəqiqə sonra Kyeza xətt çəkib - 1:2.
Oyun bu hesabla da bitib. "Qarabağ"ın qarşısını yenə italiyalılar kəsib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər