Bakıda "Naməlum Qazaxıstan" fotosərgisi keçirilir
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qazaxıstanlı gənc fotoqrafların təşəbbüsü ilə yaradılan və Qazaxıstanın 25 illik müstəqilliyinə həsr olunmuş "Naməlum Qazaxıstan" fotosərgisinin açılışı olub. APA TV-nin məlumatına görə, sərgi Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Qazaxıstanın birinci prezidentinin fondunun dəstəyi ilə baş tutub.
Sərgidə Qazaxıstanın insan ayağı dəyməyən guşələrini özündə əks etdirən 40 fotoşəkil nümayiş olunub. Sərgi təşkilatçılarının məqsədi insanlara Qazaxıstana qarşı sevgi və hörmət aşılamaqdır.
Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev çıxışı zamanı iki ölkə arasında münasibətlərin təməlinin Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla qoyulduğunu qeyd deyib. Bir çox beynəlxalq məsələlərə görə hər iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü deyən səfir elmi-mədəni münasibətlər də daxil olmaqla bir çox sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxışında hər iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq əsasında qurulduğunu qeyd edib. O, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməsini yüksək dəyərləndirildiyini vurğulayıb. Nazir, həmçinin qarşılıqlı layihələrin ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.
Bundan əvvəl sərgi Macarıstan, Gürcüstan, Çin, Rusiya, Cənubi Koreya, ABŞ və Fransada nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər