Müdafiə naziri əmr imzaladı - YENİ TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib.


APA TV-nin məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.


Müdafiə nazirinin digər əmri ilə bu vəzifəyə polkovnik Vasif Məmmədov təyin edilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR