İsmayıllıda multikulturalizmlə bağlı konfrans keçirildi
Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şimal-qərb regionu üzrə dini icmaların sədrləri, habelə yerli və baş redaktorlar iştirak ediblər.
Konfransda çıxış edənlər “Multikulturalizm ili” çərçivəsində belə bir tədbirin təşkilini rayonda dini dözümlülük və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Vüqar Səfərli Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların dinc və mehriban şəraitdə yaşadığını bildirib. O, əlavə edib ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf edir. İcraçı direktor Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələri çərçivəsində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycanda multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salıb. Digər çıxış edənlər Azərbaycanda azsaylı xalqların nümayəndələrinin mənafelərinin təmin olunduğunu, onların Azərbaycan vətəndaşı adı altında birləşdiyi bildirilib. Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər