Samuxda naməlum kişini maşın vurub öldürdü

Samuxda naməlum avtomobil kimliyi bəlli olmayan kişini vuraraq öldürüb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gecə Gəncədən Samuxun Qarayeri qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

Naməlum avtomobil təxminən 55-60 yaşlarında olan kişini vuraraq öldürüb. Hazırda Samux Rayon Polis Şöbəsində ölən şəxsin kimliyinin və onu vuran avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR