Azərbaycanda deputat oğluna qarşı 100 min manatlıq dələduzluq
Bir müddət əvvəl dələduzluqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən tanımış idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işində zərərçəkmiş şəxs məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Məlumatda bildirilir ki, Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər