Kerri: “Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyini təhdid altına qoyur”

Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriblər.

Con Kerri Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyduğunu bildirib.

 

O Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib.


"Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır". Bu sözləri isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

O əlavə edib ki, münaqişələr bütün tərəflərin maraqlarının balansının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.

Avstriya xarici işlər naziri Sebastian Kurts isə münaqişələri hərbi yolla həll etməyin mümkün olmadığını qeyd edib və dialoqun aparılmasında ATƏT çox vacib rol oynadığını vurğulayıb.

“Dağlıq Qarabağda hərbi toqquşmalar da daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb”, - deyə o əlavə edib

 

Xatırladaq ki, gələn ildən ATƏT-ə Avstriya sədrlik edəcək.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR