Aİ Ukrayna və Gürcüstanla vizasız rejimin tətbiqi planına dair saziş imzaladı

Avropa İttifaqı ilə Avropa Parlamenti Ukrayna və Gürcüstanla vizasız rejimin tətbiq edilməsi planına dair razılaşma imzalayıb.

 

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, hər iki qurum vizasız rejimin fövqəladə vəziyyətlərdə dayandırılması mexanizmi ilə də bağlı razılığa gəlib.

 

Aİ Şurası vizasız rejimin məhz Avropa Komissiyasının təşəbbüsü və ya Aİ üzvlərindən birinin tələbi ilə dayandırılması mexanizmi ilə eyni vaxtda qüvvəyə minməsində təkid  edirdi.

 

Qeyd edək ki, ötən ilin sonunda Avropa Komissiyası Ukrayna və Gürcüstanın vizasız rejimlə bağlı öhdəliklərini yerinə yetirdiklərini bildirib, lakin rəsmi Brüssel müvafiq qərar qəbul etməyib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR