ATƏT cəbhə xəttində monitorinq keçirdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonunun Qaradağlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan səhra köməkçiləri Jili Albyeri və Piter Saymon  əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb.

 

Qonaqların nəzərinə çatdırılıb ki, ermənilər 2 avqust tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 324 dəfə atəşə tutub.

 

ATƏT nümayəndələri görüşdən sonra Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR