Rusiya Avropa sərhədinə S-400 raket kompleksləri yerləşdirməyə başladı

Rusiya S-400 "Triumf" tipli, uzaqmənzilli zenit-raket komplekslərini ölkənin şimal-qərb sərhədlərində yerləşdirməyə başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, raket kompleksləri Leninqrad vilayətində yerləşdirilib.

 

Qərb hərbi dairəsindən verilən məlumata görə, ilkin mərhələdə S-400 kompleksinin əsas funksiyası göstərilən strateji istiqamətdəki mövcud komplekslərin inteqrativ vəziyyətini təftiş etməkdən və təlimlərdə iştirakdan ibarət olacaq.

 

Qeyd edək ki, S-400 sinfinə aid "Triumf" zenit-raket kompleksi yerləşdiyi ərazidən 400 kilometr uzaqlıqda yerləşən obyektləri, eləcə də məsafəsi 60, uçuş sürəti saniyədə 4,8, maksimal hündürlüyü isə onlarla kilometr təşkil edən hər növ ballistik-aerodinamik hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR