Fətullah Gülən ABŞ-da evlənir: dul qadın maaş alacaq - İDDİA
Türkiyəyə təhvil verilmək qorxusu yaşayan Fəthullah Gülən saxta evliliyə əl atır. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Donald Trampın prezident seçilməsi ilə təşvişə düşən fəthullahçılar ABŞ vətəndaşlığı üçün evlənməyə başlayıblar.
Təşkilatın rəhbəri Gülənin də çarəni saxta evlilikdə gördüyü iddia olunur. Seçilən qadın namizədə 100 min dollar təklif olunub. Eyni zamanda hər ay 2500 dollar maaş alacaq dul qadın Gülənlə nikah masasına oturacaq. FETÖ üzvü olan digər şəxslərin də pul qarşılığında evlənəcək qadın axtardığı bildirilir.
FETÖ-nün söz sahibi üzvlərindən Abdullah Aymazın Gülən üçün tapdığı dul qadının afro-amerikalı olduğu qeyd olunur.
FETÖ-çular "Green Card" sahibi olmaq üçün baş vurduqları bu yolda hər evlilik üçün qarşı tərəfə 10 min dollar yerində, 10 min dollar isə vətəndaşlıq alındıqdan sonra verməyi təklif edirlər. İndiyə qədər bu yolla 26 FETÖ-çunun evlənərək ABŞ vətəndaşı olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər