Mosulda hospital bombalandı, Əl Kaimdə 100-dən çox ölü var
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Mosulda yerləşən hospitala aviazərbələr endirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, artıq bu fakt mərkəzi komandanlıq tərəfindən də təsdiqlənib.
Qurumdan verilən məlumata görə, sözü gedən binaya aviazərbələrin endiriləcəyi İraq ordusu ilə öncədən razılaşdırılıb. ABŞ hərbçilərinin versiyasına əsasən, hospitalın binasında İŞİD silahlılarının gizlənə biləcəyi ehtimal olunub.
Bu hadisədən bir gün əvvəl isə qırıcıların ölkənin qərbindəki Əl-Kaim şəhərini bombalaması zamanı 100-dən çox dinc sakin həyatını itirib. Onların arasında 12 qadın, 19 azyaşlı uşağın da olduğu bildirilir.
Anbar Əyalət Məclisindən faktla bağlı verilən açıqlamada bu hadisənin dinc sakinlərin ölümü ilə nəticələnən ilk belə hal olmadığı bildirilib. Eyni zamanda Əyalət Məclisi hökumətdən bu qanlı hadisənin araşdırılmasını tələb edib.
Qeyd edək ki, İraq hökuməti hələlik hadisəyə heç bir münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər