Binəli Yıldırım: “Çevriliş cəhdi NATO bazasından idarə olunub”

15 iyulda hərbi çevrilişə cəhd edən FETÖ terror təşkilatının fəaliyyəti NATO-nun Adanadakı İncirlik hərbi bazasında idarə olunub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyanın İTAR-TASS agentliyi üçün yazdığı məqalədə bildirilir.

 

Baş nazir qeyd edib ki, Fəthullah Gülən hələ də ABŞ-ın himayəsi altındadır, Avropa Birliyi isə FETÖ terror təşkilatına tam dəstək verir: “Terror təşkilatının üzvləri Türkiyənin məhkəmə orqanlarına, məktəblərə, universitetlərə və çevriliş cəhdinin koordinasiya edildiyi NATO-ya məxsus İncirlik hərbi bazasına sızmağı bacarmışdılar”.

 

Binəli Yıldırım çevriliş cəhdində iştirak edən hərbçilərin Gülən şəbəkəsinin üzvləri olduğunu deyib: “Baş verənlər gülənçilərin Türkiyədə paralel dövlət şəbəkəsi quraraq ölkədə önəmli mövqeləri ələ keçirə bildiklərinə işarədir. Münasibətlərimizdəki gərgin dövrdən sonra Rusiya çevriliş cəhdi zamanı bizə kömək təklif edən ilk ölkələrdən idi. Türkiyə bu dəstəyi unutmayacaq. Amma Türkiyə-Rusiya münasibətlərinin tam şəkildə normallaşmasını istəməyimizin yeganə səbəbi bu deyil. Bir çox məsələlərdə ölkələrimizin maraqları üzt-üstə düşür. Bunlardan ən önəmlisi fərqli formalarda qarşımıza çıxan terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bölgədə siyasi sabitliyin təmin olunması üçün  yeni konsepsiyalar tapmalıyıq”. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR